Şou-biznes
1100
30 Oct 2025 | 12:45

"Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" - Səidə Dadaşova

Müğənni Səidə Dadaşova xalası Lalə Dadaşovanın onunla bağlı iddialarına cavab verib. 
 
Moderator.az xəbər verir ki, "Elgizlə izlə" verilişinə zəng edən Səidə atası, mərhum Xalq artisti Rafael Dadaşovun onu anasının ailəsi ilə görüşməyə qoymadığını deyib: 
 
"Hamısı yalandır. Məni öz aləmində qəbul etmir, çünki yaltaq deyiləm. Onlar istəyiblər onların dediyini icra edib, onlardan asılı olasan. Atam məni onlara yaxın buraxmayıb, məni onlardan uzaq tutub. Bilirdi ki, başıma oyun açacaqlar. İcazə vermirdi ki, onlarla ünsiyət qurum. Bəzən elə yerlər var idi ki, deyirdi, onlar oradadırsa, biz gəlmirik. Deyirdi ki, qızımı sizdən uzaq tuturam. Atamın səsini eşitmisiniz. 
 
Lalə xanım, özünüzlə məşğul ola bilmədiniz? Gedin balalarınızı küçələrdən yığın. Səidə küçələrdə ola bilməz. 15 yaşımdan Filarmoniyada solist olmuşam, işləmişəm. İşləmişəm ki, anama baxım, heç kimə ağız açmasın. Deyirdim ki, ölmüşəm ki, bacıya ağız açasan? İlk maaşım 10 şirvan idi, anama dedim ki, nə istəsən sənə alacağam. Anamın başqa kişidən olan uşağına baxdım, küçədə qalmasın, adı bədnam çıxmasın deyə, atam ona soyadını verdi. Mən problem yaşadım. Çoxları elə bilirdi uşaq mənimdir. Deyirdilər, bu yaşda uşaq?".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər