Xalq artisti xəstəxanadan evə buraxıldı
Şou-biznes
428
19:50, Bu gün

Xalq artisti xəstəxanadan evə buraxıldı

Xalq artisti Şahnaz Haşımova bu gün Gəncə Beynəlxalq Xəstəxanasından evə buraxılıb.

Moderator.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun nəvəsi Eldar Abdullayev məlumat verib.

Xalq artisti Şahnaz Haşımova özü də səhhəti ilə bağlı danışıb. O, durumunu diqqətdə saxlayan bütün media işçilərinə təşəkkürünü bildirib:

"Bu gün xəstəxanadan çıxdım, hazırda evdəyəm. Yaxşıyam, qan təzyiqim və şəkərim yerindədir. Hörmətli həkimlərimiz məni bir daha tam müayinə etdilər, yoxladılar və sağlam şəkildə evimizə göndərdilər. Müalicə aldığım Gəncə Beynəlxalq Xəstəxanasının rəhbərliyinə, həkimlərə, bütün tibb bacılarına, texniki personala, həmçinin bizim səhiyyə idarəsinin rəisi İlkin həkimə çox təşəkkür edirəm. Mənim üçün narahat oldular, zəhmət çəkdilər, bir sözlə, mənim həyatımı xilas etdilər.

Dövlət başçımıza ailəmiz və Gəncəmiz adından xüsusi təşəkkür edirəm ki, bizim şəhərimizdə bu cür yüksəkşəraitli xəstəxanalar və həkimlər var. Sağ olsun möhtərəm Prezidentimiz ki, bizi, sənət adamlarını həmişə belə hörmətli tutur, ondan hər zaman xüsusi diqqət görürük. Ümumiyyətlə, incəsənət xadimləri hər zaman dövlətimizin və birinci xanım Mehriban Əliyevanın diqqətindədir. Prezidentimizə və Mehriban xanıma cansağlığı arzulayıram", - deyə Ş.Haşımova qeyd edib.

Qeyd edək ki, Xalq artisti Şahnaz Haşımova oktyabrın 25-də Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olunmuşdu.

Link kopyalandı!
Son xəbərlər