Könül Kərimovanı arıqlamağa nə sövq edib?
Şou-biznes
287
12:46, Bu gün

Könül Kərimovanı arıqlamağa nə sövq edib?

"Hələ istədiyim çəkiyə düşməyimə bir az var, 4-5 kiloqram da arıqlamalıyam. 7 aydır sağlam qidalanma ilə çəki atıram".
 
Bu sözləri Əməkdar artist Könül Kərimova "Xəzər axşamı" verilişində deyib. Müğənni bildirib ki, arıqlamağa onu qarderobunda illərlə saxladığı geyimlər sövq edib:
 
"Əynimdəki 15 ilin libasıdır. Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm. Qarderobumda elə libaslar var ki, onları saxlayıram. Çünki mənim üçün dəyərlidir. Bacıma, gəlinimizə, qızıma hədiyyə də edirəm. Amma elə libaslar var ki, onların dəyərini bildiyim üçün heç kimə vermirəm. Həmin libasları gözümün qarşısına qoyurdum və deyirdim ki, arıqlayacağam". (Axşam.az)
Link kopyalandı!
Son xəbərlər