Güneldən Rezanın film qərarına - “Mənim hekayəm keçər”
Şou-biznes
518
26 Oct 2025 | 19:59

Güneldən Rezanın film qərarına - “Mənim hekayəm keçər”

Əslən Cənubi Azərbaycandan olan iş adamı Reza Zərrabın həyatını ekranlaşdırmaq haqda verdiyi qərara onun eks- nişanlısı, müğənni Günel Zeynalova münasibət bildirib.

Sənətçi bu haqda ARB-də yayımlanan “Pərvizə görə” verilişində danışıb:

“Düzünə qalsa, mənim həyat hekayəm onunkunu keçər. Çünki həyatımda utancverici bir şeylər yaşamamışam. Bu hadisədən də utanmıram. Hər bir qız nişanlana da bilər, ayrıla da. Deməli ki, özümə və ya ailəmə yaraşdıra bilmədiyim bir şey var ki, mən onunla davam etdirə bilmirəm də”.

Müğənni evlilik və ailə həyatı ilə bağlı fikirlərini belə izah edib:

“8 il filan olar ki, başım fərqli çalışır. Hər şey axarında və doğru zamanında olur. Mənimlə eyni düşünən insan qarşıma çıxacaq və mən onunla ailə quracam və yaxud da qurmayacam. Bu heç kimi narahat etməsin”.

Sənətçi bir müddət əvvəl sosial şəbəkə hesabında avqustda evlənəcəyinə dair verdiyi açıqlamaya da aydınlıq gətirib:

“Bir nəfər sual verirdi dayanmadan. Artıq o sualı o qədər verirdilər ki, dedim ki “əl çəkin də məndən. Mən də dedim qoy belə yazım, avqustu keçirdik”. (Red.-gülür)

Link kopyalandı!
Son xəbərlər