20 dəqiqə ürəyi dayanan Fatihin vəziyyəti necədir?
Şou-biznes
268
25 Oct 2025 | 22:33

20 dəqiqə ürəyi dayanan Fatihin vəziyyəti necədir?

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Fatih Ürek keçən həftə evində səhər yeməyi yeyərkən infarkt keçirib.

İfaçının səhhəti ilə bağlı onun müalicə olunduğu xəstəxana rəsmi açıqlama yayıb:

"Dəyərli sənətçimiz Fatih Ürekin vəziyyəti stabildir, reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Proseslə bağlı hər hansı dəyişiklik olacağı təqdirdə xəstəxanamız tərəfindən ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, 59 yaşlı Fatih xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı.

(Axşam.az)

Link kopyalandı!
Son xəbərlər