Şou-biznes
274
12:43, Bu gün

"Dedilər onlar bakılıdır, biz kəndli, Tamillanı alma" - Alim Qasımov

Aynur Xəlilovanın "YouTube” kanalında yayımlanan "Hərşeyşünas” podkastının qonağı Xalq artisti Alim Qasımov olub.
 
Moderator.az xəbər verir ki, məşhur sənətkar proqramda şəxsi həyatından söz açıb.
 
Xalq artisti həyat yoldaşı Tamilla xanımla tanışlığından danışıb:
 
"Atam, anam, bir də bir Gülüzər xanım vardı, bir gün çağırdılar məni ki, öyüd versinlər, Tamillanı almayım. Dedilər ki, onlar bakılıdırlar, biz isə kəndçiyik. Mən də dedim ki, hə, yaxşı, bitdi. Heç evlənmək haqqında fikirləşmirdim, elə xəyalımda yaşadırdım. Nə pul var, nə iş var, nə ev var. Həmin gün gəldim oturdum poçtun qabağında, cibimdə 5 manat yox idi. Gördüm, Tamilla gedir. 
 
Yanı ilə addımladım, gördüm mənə qoşulub gəlir, amma deyə də bilmirəm ki, heçnəyim yoxdur. Utandım deməyə ki, bu söhbəti saxlayaq sonraya, çünki ağzımdan söz çıxıb. Bir sözlə, çıxdılar bunu axtarmağa. Anası da çox mərd qadın idi. Bu da ailəsinə deyib ki, qorxdum deyə Alimə qoşulub gəldim. Dedim evdə bir sillə yeyəcəkdin də, adam da istəmədiyi adamla qoşulub gedər qorxudan? Uşaqlıqdan beləyəm, ağlıma nə gəldi eləyirdim. Amma it kimi qorxurdum ki, qardaşları gəlib döyər məni”.
 
Link kopyalandı!
Son xəbərlər