Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Amina Şirin illər öncə həmkarı Ramal İsrafilovla sevgili olduğunu ilk dəfə canlı efirdə təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu etiraf aparıcı Zaur Nəbioğlunun təqdimatında yayımlanan verilişdə baş verib. Zaur Nəbioğlu söhbət zamanı Amina Şirinlə Ramal İsrafilovun illər əvvəl çəkilmiş birgə fotolarını efirdə nümayiş etdirib.
Fotoların nümayişindən sonra Amina Şirin uzun illərdir gizli qalan münasibət haqqında sükutunu pozaraq münasibətin həqiqətən də baş verdiyini etiraf edib:
"Sevgili sayılmarıq, çünki sevgi nədir bilmirdik. İndi düşünürəm ki, dost idik. Düşünürdük ki, ailə quracağıq. Birlikdə dərdləşirdik, vaxt keçirirdik, sonra münasibətimiz kəsildi".