Samirə Əfəndi yayılan video haqda:
Şou-biznes
370
12:26, Bu gün

Samirə Əfəndi yayılan video haqda: "Hadisə bir ay əvvəl baş verib"

“Avroviziya” təmsilçimiz Samirə Əfəndi Qazaxıstanda səhhətinin pisləşməsi haqda yayılan xəbərlərə münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, ifaçı Teleqraf-a açıqlamasında deyib ki, hadisə bir ay əvvəl baş verib.
 
“Hazırda səhhətim yaxşıdır. Narahatlığa səbəb yoxdur. Hadisə bir ay əvvəl baş verib, videonu bu gün yayıblar", - Samirə Əfəndi əlavə edib.
 
Qeyd edək ki,Samirə Əfəndi Qazaxıstanda keçirilən “Silk way Star” yarışmasında müsabiqədə jüri kürsüsündə əyləşən zaman halı pisləşib.
 
Link kopyalandı!
Son xəbərlər