Aqşin-Manaf qalmaqalı yenidən
Şou-biznes
653
14:59, Bu gün

Aqşin-Manaf qalmaqalı yenidən "alovlandı": "Üz-üzə danışacağıq"

Xəbər verdiyimiz kimi, müğənnilər Manaf Ağayev və Nəfəs arasında yaranan qalmaqala meyxanaçı Aqşin Fateh də qoşulmuşdu.
 
Qonaq olduğu verilişdə söz ustasına sərt xəbərdarlıq edən sənətçiyə cavab gecikməyib.
 
Aqşin Manafla üz-üzə görüşəcəyini bildirib:
 
"Deyir ki, Aqşinə "Şahnaz" muğamı oxutduracağam. Mənə bunu edə bilsən, sənə səhərə qədər əruz vəznində meyxana dedizdirərəm. Yaşın, sənətin var. Dediklərinə hörmətlə yanaşdım. Bir az gözlədim. Bu, verilişdə başından yuxarı danışdığın sözün cavabı idi. Mənimlə işi olacaq deyib, başqa tərzdə danışmaq istəyir. Zəng etdim özünə. Efirdə qalmaqala çevirməyə ehtiyac yoxdur. Dedim niyə elə danışmısan? Mənimlə nə işin var? Mənə deyir ki, verilişdən olan kadrları montajçılar kəsib doğrayıb göstəriblər. Yəni ki, yanlış anlaşıma olub. Dedim ki, bu məsələni görüşüb həll edək.
 
Bir də efirdə kimsə bu barədə danışıb, müzakirə etməsin. Manafla iki kişi oturub üz-üzə söhbət edəcəyik". /Milli.az/
 
Link kopyalandı!
Son xəbərlər