“Ziyarətinə getmişəm, zindanda olsa da…” – Pərviz Bülbülə Rəşad Dağlıdan DANIŞDI
Şou-biznes
213
16:10, Bu gün

“Ziyarətinə getmişəm, zindanda olsa da…” – Pərviz Bülbülə Rəşad Dağlıdan DANIŞDI

Meyxanaçı Pərviz Bülbülə maraqlı açıqlamalar verib.
 
“Künc Bucaq” TV-yə müsahibə verən meyxanaçı həm meyxana sənətinin bugünkü vəziyyətindən, həm də gənclərin bu sənətə marağından danışıb.
 
Pərviz Bülbülə özünü meyxananın hər hansı bir hissəsində görmədiyini, onu sadəcə həyatının bir parçası kimi qəbul etdiyini bildirib:
 
“Mən özümü meyxananın heç bir hissəsində görmürəm. Sadəcə meyxananı həyatımın bir hissəsi kimi yaşayıram. Qəzəl, şeir, mahnı yazmaq, montaj, operator işi – bütün bunlar da fəaliyyətimin bir hissəsidir”.
 
Sənətkar gənclərin meyxanaya marağının fərqli olduğunu, onların daha çox tələbatlı və yenilikçi olduğunu vurğulayıb:
 
“Müasir gənclər bizdən fərqli olaraq bir az çox istəyir. Bu, informasiya yayğınlığının genişlənməsi ilə bağlıdır. İndiki gənclər üçün meyxana daha mürəkkəb, güncəllənmiş formada təqdim olunur. İndiki gənclər internetdə tez məşhur olur, amma köhnə dövrdə sənətin dəyəri daha fərqli ölçülürdü. YouTube, Instagram və TikTok dövründə hər şey anında yayıldığı üçün gənclərin performansı daha çox diqqət çəkir. Gənclərə tövsiyəm odur ki, səhvlərindən öyrənsinlər və onları düzəltmək üçün çalışsınlar”.
 
Müğənni həmçinin duet ortaqlarını seçərkən diqqət etdiyi məqamları da açıqlayıb:
 
“Xanımın səsi, şarmı, səhnəyə uyğunluğu vacibdir. Tanınmayan simalarla oxumağı seçirəm ki, onlar öz potensialını göstərə bilsinlər. Bu, həm də tamaşaçının marağını artırır”.
 
Pərviz Bülbülə illərdir sənət dostu olan Rəşad Dağlı ilə əlaqələrindən də danışıb. Aparıcının “əgər bilsəydiniz ki, zindanda olan dostunuz (Rəşad Dağlı) bu müsahibəni izləyəcək, ona nə demək istəyərdiniz” sualına cavab verməkdə çətinlik çəkib. Pərviz Bülbülə deyib ki, Rəşad üçün dua etməkdən başqa əlindən heç nə gəlmir.
 
O, bəzi məclislərdə və toylarda Rəşad üçün darıxdığını, onunla birlikdə meyxana demək istədiyini deyib: “Mən Rəşadı zindanda görmürəm. Elə bilirəm ki, harasa gedib gələcək. Mənim Rəşadla bağlı demək istədiklərim efirə sığmaz. Onun üçün duadan başqa əlimdən heç nə gəlmir. Duadan başqa insanın əlindən heç nə gəlməyəndə də çox çarəsiz olur adam. Orada həm utanc, həm də xəcalət hissi var. Ziyarətinə getmişəm. İmkan olsa yenə getmək istəyərəm. Çünki Rəşadla biz illərin dostuyuq. İnanmıram ki, bu dəqiqə məndən çox Rəşad iləə meyxana demək istəyən biri olsun. Mən o Rəşad ilə dediyim meyxanalar və meydanlar üçün darıxmışam”.
Link kopyalandı!
Son xəbərlər