Bizi sosial şəbəkələrdən izləyin:
“Neçə gündür saytlarda belə bir xəbər başlığı görürəm: “Xaricdə ali təhsil alan tələbələr Azərbaycanda da imtahan verəcəklər”.
Moderator.az xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri yazıb.
O sözgedən məlumatlara etirazını bildirib:
“Bu haqda verilişlərin birində bir dəfə danışmışdım. İndi isə yazıram. Azərbaycanda özəl məktəblər çoxdur və demək olar ki, hamısında dərslər xarici dildə keçirilir. İngilis dili üstünlük təşkil edir başqa xarici dillər sırasında. Yəni ki, şagirdlər ingilis dilində düşünüb danışırlar, bütün fənlərdən dərslər ingilis dilində keçirilir.
Ölkəmizdə bu qədər özəl məktəblərin mövcudluğu ilə nisbətdə 2 və ya 3 universitetə ingilis dilində qəbul var. Həmin universitetlərdə isə fakültə seçimi məhduddur. Yəni valideynlər məcburdurlar, 11–13 il özəl məktəbdə təhsilini bitirən övladlarını xaricə ali təhsil almaq üçün göndərməyə.
Valideyn min əziyyətlə özəl məktəblərə külli miqdarda pul xərcləyir ki, övladı savadlı olsun, sonra da başqa seçim olmadığından xaricə göndərir.
Hələ üstəlik, qayıdıb burada öz dilimizdə təhsil almayan, yüz minlərlə pul xərcləyən valideyn və illərini təhsilə sərf edən tələbələrdən imtahan da istəyirsiniz? Doğrudur bu?
Ya mən nəyisə düz başa düşmürəm, ya bu, səhv məlumatdır, ya da belə bir qərarı qəbul edənlər düşünməyiblər yuxarıda yazdıqlarımı”.