Şou-biznes
392
12:05, Bu gün

"Aktyorun işi direktorun kefindən, rejissorun nazından asılıdır"

"Sənət adamı işdən çıxanda və ya çıxarılanda bilmir nə etsin. Yenə toylara gedib məclis aparanlar beş-üç manat qazanırlar. Xınayaxdıda halay vurub, toyda şeir deyənlər də tək-tük. Yerdə qalanları gözün dikib sənətə, səhnənin tozuna".
 
Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə paylaşıb. Aparıcı aktyor Allahverdi Yolçuyevin işsiz qalması ilə bağlı video yayımlayaraq, bunları əlavə edib:
 
"Sağollaşıb yola saldılarsa, vəssəlam. Yaş keçdi, ömür getdi. Məşədi İbad yaşında gəl Sərvər oyna, Gertruda yaşında Cülyetta… Ya da xoruz, pişik səsi çıxart. "Dantenin yubileyi" də Kəbirlinski sayağı… Çətindir aktyorun işi direktorun kefindən, rejissorun nazından asılıdır.
 
Deyir, corab satmaq xoşuma gəldi (aktyor Allahverdi Yolçuyevi nəzərdə tutur - red.). Nə desin". (Axşam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər