Bizi sosial şəbəkələrdən izləyin:
Əməkdar artist Sevinc Sarıyeva oğlundan danışıb.
Xanəndə "İncə səhər" verilişində övladının Türkiyədə yaşadığını bildirib. Sənətçi qeyd edib ki, övladı heç bir problemini onunla bölüşmür:
"Oğlumu ananın gül balası kimi böyütməmişəm. Oğlum 7-ci sinifdən sonra müstəqildir. Nə olursa, atası ilə bölüşür, onunla danışır. Ev kirayəsi qalxıb, bunu mənə bildirməyiblər ki, anam narahat olar. Atası ilə aralarında həll ediblər. Fransada yaşayanda bir qadın dedi ki, uşağını muzeylərə apar, gözəl musiqi dinlət. İndi oğlumun musiqi zövqü başqadır. Oğlum xoşlamır onun haqqında efirdə danışmağı. Deyir ki, özün haqqında danış". (Axşam.az)