Şou-biznes
378
15:25, Bu gün

"Hər kəsi xilas edən, özünü qurtara bilməyən qadın"

Aktrisa Zülfiyyə Qurbanovanın yeni layihəsi bəlli olub.
 
Moderator.az xəbər verir ki, tanınmış aktrisa “Qırmızı zona” serialında rol alacaq.
 
O, ekran işində Səidə obrazına həyat verəcək. Hər kəsi xilas etməyi bacaran, amma özünü qurtara bilməyən bir qadının hekayəsini canlandıracaq.
 
Qeyd edək ki, “Qırmızı zona” çox yaxında ATV-də yayımlanmağa başlayacaq. 12 bölümlük çoxseriyalı bədii film tamaşaçıları gərgin hadisələrin mərkəzinə aparacaq. İnsan taleləri, gözlənilməz seçimlər və sirli reallıqların açıldığı bu ekran işi sizi ekrana bağlayacaq.
 
Ekran işində aktyor Azər Aydəmir də yer alır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər