03:15
17°C
Bakı
Türkiyənin reytinqli "Sehirli Annem" serialında Perihan Pəri obrazı ilə yadda qalan 71 yaşlı aktrisa Gül Onat Duman pankreas xərçəngi ilə mübarizəsini davam etdirir.
Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, son paylaşımında Onat müalicə prosesindən foto yayımlayaraq:
"Daha bir müalicə günü... Dualarınız mənimlə olsun, dostlar" - sözləri ilə izləyicilərindən mənəvi dəstək istəyib.
Sənətçi bir müddətdir ekrandan uzaq olsa da, sosial media vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır.
Aktrisanın paylaşdığı fotosu sevənlərini kədərləndirib. (Milli.Az)