Müğənni Əli Mirəliyev həmkarı Elariz Məmmədoğlunun ünvanına verilişlərdən birində bu sözləri işlədib: "Kişi hər şeyi evində olanda edər. Kənarda hamı hər şey edər. Get Amerikada nəsə kəşf et, sonra? Mitil kimi aparıb səni basdıracaqlar".
Moderator.az-a açıqlama verən Elariz Məmmədoğlu qarşı tərəfin ünvanına bunları bildirib:
"Əli Mirəliyevə cavab vernək fikrim yoxdur. Çünki buna ehtiyac da yoxdur. Siz sadəcə xalqın ona yazdıqlarını oxuyun, bu elə cavabdır. Xalqıma qurban olum, hər zamankı kimi məni dəstəkləyir və sevir. İnsanlarımız bilir ki, mən də onları hər vaxt sevmişəm. Bu sevgi qarşılıqlıdır" deyə o bildirib.
Elariz Məmmədoğlu bildirib ki, artıq bir neçə ildir Amerikada yaşayır və nəinki oradakı azərbaycanlıların, amerikanların da ona marağı böyükdür:
"Mənim köhnə mahnılarımı hər kəs bilir və onları məndən tez-tez istəyirlər. Amma bu yaxınlarda çox qəribə bir hadisə baş verdi. Mən restoranda şou proqramda oxuyurdum. Qonaqlar çox idi. İki nəfər də əyləşmişdi, kişi və qadın. Onlar Amerikan idilər. Yəqin ki, milliyətcə inglis olarlar. Həmin Amerikan qadın mənə dedi ki, "6 ay əvvəl sizin restoranda olmuşuq və sizin "Amerika rodnaya" mahnınızı eşitmişik, o gündən sonra demək olar ki, günaşırı internetdə bu mahnınızı dinləyirik". Bu sözlərdən sonra qadın xahiş etdi ki, həmin mahnını onlar üçün oxuyum. Bu mahnını onlar üçün səsləndirdim. Həqiqətən də fəxr ediləsi bir nüans idi" deyə müğənni bildirib.