Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Nura Suri gömrük rüsumlarından şikayətlənib.
Moderator.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
"Öz ölkəmizdə geyim (ayaqqabı, patar və sair) istehsalı yoxdur. Məcburən, hamı xaricdən alır. Deməli, ayda 300$-dan artıq bir nəfər alış-veriş edərsə, rüsum ödəməlidir. Bu rüsum yalnız aldığınız malın dəyərinə görə deyil, həm də daşınma xərcləri ilə birlikdə hesablanır. Yəni, siz 250$ dəyərində nəsə alırsınızsa və daşınmaya 60-70$ ödəyirsinizsə, bu məbləğ ümumi dəyərlə birləşdirilir. Xaricdən daha ucuz ala biləcəyiniz məhsulun daşınması və üstəlik rüsum da ödəyərək, baha qiymətə almış olursunuz. Sizdən əlavə, vergi və elektron xidmət haqqı da alınır. Fərz edin ki, sizə kimsə xaricdən hədiyyə göndərir; yəni ki, orada qazanılan pulla alınır, amma siz bu hədiyyəyə görə də rüsum və vergi ödəyirsiniz. Sonra da hamı qiymət artımından şikayətlənir, haqlıdırlar da.
Qanunlarda dəyişiklik olmayana qədər bu vəziyyət belə olacaq. Monopoliyalar, bazarda yalnız bir və ya bir neçə istehsalçı tərəfindən mal və xidmətlərin təklif olunması ilə yaranır. Hökumət, yerli istehsalın dəstəklənməsi ilə yanaşı, xarici məhsullara tətbiq olunan rüsumların azalması məsələsini də nəzərdən keçirməlidir" deyə, Nura bildirib.