Rusiyada türk seriallarının qadağan olunmasını tələb edirlər
Şou-biznes
391
19 Mar 2025 | 20:25

Rusiyada türk seriallarının qadağan olunmasını tələb edirlər

“Rusiya veteranları” ictimai hərəkatı "Roskomnadzor", Dövlət Duması və Mədəniyyət Nazirliyinə müraciət edərək Rusiyada türk seriallarının nümayişinə qadağa qoyulmasını istəyib.
 
İctimai fəallar hesab edir ki, türk serialları rusiyalı qadınlar arasında qeyri-real kişi imicinin yaradılmasına görə demoqrafik göstəricilərə mənfi təsir göstərir.
 
“Bu seriallara kifayət qədər baxan xanımlar bizim cənablara maraqlarını itirir, onlardan qeyri-real davranışlar gözləyirlər”, - hərəkat üzvlərindən İldar Rezyapov bildirib.
 
Rezyapov hesab edir ki, bu, Rusiya Federasiyasında doğum səviyyəsinin azalmasına və ailə institutunun məhvinə gətirib çıxaracaq. Onun fikrincə, bununla bağlı dağıdıcı təbliğat anlayışını təqdim etmək və onun nələri əhatə etdiyini qanunvericilik səviyyəsində müəyyən etmək lazımdır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər