Bizi sosial şəbəkələrdən izləyin:
"Kişinin evdə sambalı və sözünün kəsəri olmaldır. Evə girəndə uşaq bilməlidir ki, ata gəlib. Kişi evə girir arvadın, uşağın vecinə deyil ki, gəldi. Kişi çalışır, gətirir, yedizdirir, baxır, onu ödə, bunun pulunu ver, təhsilhaqqı ödə, işıq, qaz pulu ödə, toya dəvətnamə gəlib, pul ver. Haqqın tərəfin tuturam, kişilərin yox. Elə kişilər var ki, ailə qədri bilmir, uşaq necə böyüyür bilmir. Atıb arvadın üstünə. Arağı olsun, kefində olsun. Burada diqqətcil, balalarını qanadının altına yığan kişilərdən danışıram".
Bu sözləri müğənni İzzət Bağırov "Künc-bucaq" layihəsində deyib.
Sənətçi son vaxtlar boşanmaların çoxalmasından danışıb:
"Ailədə sayqı lazımdır. Bilinsin ki, evin kişisi var, evə kişi gəlir. Boşanmalar çoxalıb. Bəzən xanımın tələbi kişinin qazancına uyğun olmur. Filankəsdə var, bizdə də... Boşanan qızdan soruşanda niyə boşandın? Cavab verir ki, narkotik çəkirdi, içki içirdi, əyyaş idi. Soruşsan ki, bəs nişanlı qalanda görmürdün narkotik çəkir, içki içir? Deyir, evlənəndən sonra oldu. Əgər evlənəndən sonra alkaş oldusa, problemi kimdə axtaraq? Bir gündə evlənmədiniz ki... Nişanlı qalmısınız da, bilmirdin? Evlənməyəydin". (Axşam.az)