“Aftandil deyirdi ki, Gövhər, səninlə fəxr edirəm, heç birimiz not bilmirdik”-ÖZƏL
Şou-biznes
458
09:33, Bu gün

“Aftandil deyirdi ki, Gövhər, səninlə fəxr edirəm, heç birimiz not bilmirdik”-ÖZƏL

“Həmişə zəif adam güclü adama paxıllıq edir. Bu sənət aləmində o qədər paxıllar olub ki. Mənə də paxıllıq ediblər, rəhmətlik Aftandil İsrafilova da, bizdən əvvəlki sənətkarlara da. Amma Aftandil həmişə yaxşı ifa edənlərlə fəxr edərdi. Mənə də deyirdi ki, Gövhər, səninlə fəxr edirəm. Bu sözü Aftandilin öz dilindən eşitmişəm. Aftandil İsrafilovun ifası da, ürəyi də bir başqa idi. Toyda falan eşitmişəm digər qarmon ifaçıları gəlib onun alətinə baxıblar ki, görəsən qarmonun içinə nə qoyub ki, belə gözəl ifa edir? O dərəcədə fövqəlada ifası var idi. Nə mən, nə də Aftandil not bilirdik. Bu bizim fitri istedadımızdır”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
 
Gövhər Rzayeva son illər toyların az olmasından şikayətlənib:
 
“12 yaşımdan məclislərdəyəm. 55 il oldu ki, bu sənətdəyəm. Hər zaman ailə saxlamışam. Özüm üçün yaşamamışam. Ehtiyaclarım çox olub. İndi toylar azdır. O vaxt sənətkarı aylarla gözləyib sonra toy edirdilər. İndi fərqi yoxdur. Onun işi varsa, bunun arxasınca qaçırlar. Pulun da bərəkəti qalmayıb. İndiki 100 manat o vaxtın 10 manatı olub” deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, səhnə gəncləri sevir:
 
“Qazandığım ruziyə görə Allahımdan çox razıyam. Səhnə gözəlliyi sevir. Elə sənətkarlar bəzən çıxıb efirdə oxuyurlar ki, onlar artıq yaşa dolublar, amma barışmırlar. Tamaşaçılar sizi necə görüblərsə elə də qalın da. Nə vacibdir? Hələ ki, əlim qarmon tutur, ona görə ifa edirəm. Həm də axı başqa biznesim, qazancım yoxdur. Buna məcburam. Amma müəyyən yaşdan sonra artıq qarmon ifa etməyəcəm” deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər