“Anam dedi ki, gedib içkili insanların qarşısında oxuyacaqsan?” - VİDEO
Şou-biznes
786
12:40, Bu gün

“Anam dedi ki, gedib içkili insanların qarşısında oxuyacaqsan?” - VİDEO

“Restoran səhnəsinə məni İlqar Xəyal gətirib. O vaxta qədər restoranda oxuya bilməzdim. Magistraturaya daxil olmuşdum, ödənişli idi. Hər ailədə maddi sıxıntı olur”.
 
Bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduu “Afaqla onlar” verilişində deyib. 
 
Sənətçi bildirib ki, restoranda çıxış etdiyi üçün anasının etirazı ilə qarşılaşıb:
 
“Restoranlardan birində bir kanalın bayram çəkilişi idi. Orada oxudum, İlqar Xəyal da orada çalışırdı. Səhəri mənə zəng edib dedi ki, gəlib restoranda oxuyun, pul alıb gedin. Qorxa-qorxa bacıma dedim, evdə yalandan çəkilişə gedirik deyib getdik. Evə gələndə anam soruşdu çəkiliş idi? Biz də yalan danışa bilmirik. Anam stres keçirtdi. Dedi ki, atan professordur, gedib içki məclisində içkili insanların qarşısında oxuyacaqsan? Atam dedi, istedadı varsa, biz ona dəstək olmalıyıq. Özüm aparıb gətirərəm”.  (olay)
 

 

Link kopyalandı!
Son xəbərlər