Bizi sosial şəbəkələrdən izləyin:
2016-cı ildə həmkarı Kadir Doğulu ilə ailə quran məşhur türkiyəli aktrisa Neslihan Atagül ana olub.
Moderator.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, cütlüyün oğlu dünyaya gəlib. Doğuşdan sonra ananın və körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Neslihan Atagül və Kadir Doğulu arasında "Fatih Harbiye" serialının çəkilişləri zamanı yaranan dostluq zamanla sevgiyə çevrilib və onlar 2016-cı ildə ailə qurublar.