Ağadadaş Ağayevə həbs cəzası verildi
Şou-biznes
914
13:19, Bu gün

Ağadadaş Ağayevə həbs cəzası verildi

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.
 
Vəkil çıxışı zamanı məhkəmədən bəraət istəyib.
 
Dövlət ittihamçısı cinayət işinin sübuta yetirildiyini və bəraət hökmü üçün əsasın olmadığını bildirib.
 
Daha sonra təqsirləndirilən Ağadadaş Ağayev son söz deyib. O, vəkili ilə razılaşdığını qeyd edib.
 
Məhhəmə müşavirəyə gedib.
 
Müşavirədən sonra hökm oxunub.
 
Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti hesab edilməklə cəza şərti hesab olunub. /APA
 
 
Link kopyalandı!
Son xəbərlər