Bizi sosial şəbəkələrdən izləyin:
"Ezel" serialındakı "Ramiz Karaeski" obrazı ilə məşhurlaşan türkiyəli aktyor Ufuk Bayraktar Azərbaycana gəlib.
"Xəzər axşamı" verilişində qonaq olan sənətçi ölkəmizə "Dayı: Bir Adamın Hikayesi 2" filminin qala gecəsi üçün təşrif buyurduğunu bildirib. O, milli mətbəximizi bəyəndiyini açıqlayıb:
"Azərbaycana bu gün gəldik. Sabah gəzməyə vaxtımız çox olacaq. Mətbəxinizdəki yeməklərin dadına baxdıq. Hər biri çox gözəldir".
Ufuk Bayraktar Azərbaycandan tanıdığı məşhurlardan da danışıb:
"Mən "Çırpınırdı Qara dəniz" mahnısını ifa edən bacımız Azərini çox sevirəm. Bir də sevdiyim bir uşaq var. Prezindent İlham Əliyevin qarşısında çıxış edən Kənan Bayramovu ( Əməkdar artist Təyyar Bayramovun oğlu) çox sevirəm. Çəkilişlərdə səhnələrimə Kənanın ifasını dinləyib hazırlaşırdım". (Axşam.az)