Tolik sənətçiləri ifşa etdi: “Kürəkəndən gəlinə...”
Şou-biznes
344
16:44, Bu gün

Tolik sənətçiləri ifşa etdi: “Kürəkəndən gəlinə...”

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında maraqlı paylaşım edib. O, bəzi sənət adamlarının televiziya ekranlarında öz şəxsi problemlərini müzakirə etməsini tənqid edib.
 
Tolikin sözlərinə görə, bir çox əməkdar artist və sənətçi gənclərə ailə problemlərini efirdə danışmamağı tövsiyə etsə də, özləri bu qaydanı pozaraq kürəkən, gəlin, qayınana və digər şəxslər haqqında geniş müzakirələr aparırlar:
 
"Bəzən əməkdar artistlər, sənətkarlar çıxıb gənclərə öyüd-nəsihət verirlər ki, ailədə olan problemlərinizi efirdə deməyin, insanlar qıcıqlanır. Amma maşallah, bu gün baxıram, hamı kürəkəndən, yerdən, gəlin­dən, qayın­anadan, qayınatadan ağız dolusu danışırlar, sonra da çıxıb deyirlər ki, bizim sənətimiz var, biz danışa bilərik. O birilərinin sənəti yoxdur, o birilər danışanda ayıbdır, biz danışanda ayıb deyil, vallah..."(Yenisabah.az)
Link kopyalandı!
Son xəbərlər