Şou-biznes
406
03 Mar 2025 | 19:19

"Xanımlar var ki, ondan stimul alırlar"

"Aygün Kazımova böyüklük göstərib, Xatunla məni barışdırdı. Sağ olsun. Bunu doğum günündə verilişdə etdi. O, bizim ziyalımızdır".
 
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Həftənin qonağı" verilişində deyib.
 
Fatimə mərhum Xalq artisti İlhamə Quliyevanın yerini Xalq artisti Aygün Kazımovanın tutması ilə bağlı suala belə reaksiya verib:
 
"Bunlar ayrı şeylərdir. İlhamə xanıma Allah rəhmət eləsin, hökmlü qadın idi. Onu sevməyəndə özünü elə göstərirdi ki, sevir. Amma Aygün xanımı sevməmək mümkün deyil. Bu, hökm deyil, öz sevgisi ilə sadəliyi, gözəllik işığı ilə onu göstərir. 
 
Aygün xanım elə bir işıq, qüvvədir ki, ona dəymək olmaz. Başqa aləmdir. Heç bir müğənni inciməsin, amma Aygün xanım mənim üçün idealdır. Təkcə mənim üçün yox, çox xanımlar üçün. Paxıl, qısqanc xanımları nəzərdə tutmuram. Həqiqi ürəyi təmiz xanımlar var ki, ondan stimul alırlar".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər