Özcan Dəniz Azərbaycanda: “Bakıya gəlməyi uzun zamandır gözləyirdim” - FOTO
Şou-biznes
376
11:09, Bu gün

Özcan Dəniz Azərbaycanda: “Bakıya gəlməyi uzun zamandır gözləyirdim” - FOTO

“Səhnə çox əcaib yerdi, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır”.

Moderator.az xəbər verir ki, bunu məşhur müğənni, milyonların sevimlisi Özcan Dəniz Bakıdakı konsert proqramında söyləyib.

O, səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Səhnə həkimlərin sağaltmadığını sağaldır. Ürək infarktı keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandır gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım”, - tanınmış müğənni əlavə edib.

Konsert boyunca ən sevilən köhnə və yeni hit mahnıları səsləndirən müğənninin konserti anşlaqla keçib.

Müğənnini izləmək üçün 4000-ə yaxın tamaşaçı bir araya gəlib. Sevənləri bütün ifaları müğənni ilə birlikdə əzbərə söyləyiblər. 

Konsert boyunca tamaşaçıları ilə səmimi dialoqlara girən müğənni müjdəni də verib. Belə ki, Özcan Dəniz 31 oktyabrda yenidən Bakıya gələcək.

Qeyd edək ki, möhtəşəm konserti təşkil edən Eyyub Hüseynzadənin təsis etdiyi “Anadolu Events” şirkətidir.

Link kopyalandı!
Son xəbərlər