Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Sevda Əliqızı bacılarından imtina edib.
Sənətçi bu haqda "Etiraf" verilişində deyib. O bildirib ki, xəstələndikdən sonra yaxınlarının ona davranışı dəyişib:
"Elə bilirdim ki, ailə üzvlərim məni həqiqətən də sevirlər, istəyirlər, qədrimi bilirlər. Amma görünür ki, bu belə deyil. Bunu onkoloji xəstəliyə düçar olandan sonra bildim. Şükürlər olsun ki, müalicələrimi alıram və hər şey normaldır. Çox yaxın qohumlarımla incikli oldum. Demək olar ki, onları həyatımdan sildim. Mənim qardaşım yoxdur. İki bacım var. Bəli, etiraf edirəm ki, mən iki bacımı həyatımdan sildim. Onlardan imtina elədim. Bunu çəkinmədən deyirəm, qoy bu sözlərimi onlar eşitsinlər və bilsinlər.
Artıq həyatda göydə Allahım, yerdə isə anam var. Anamı öpürəm. Ona qurban olum. Anam mənim həyatım, canımdır. Ona ömrümün sonuna kimi baş əyib, əllərindən və ayaqlarından öpərəm. Özümü hər zaman fəda etmişəm ailəyə. Demişəm ki, mənim üçün birinci ailədir. Amma əfsuslar olsun ki, ailəm bunu nədənsə başa düşmədi. Elə bildilər ki, bu xəstəliyə tutulduqdan sonra mən çökdüm, düşdüm və qaldım ayaq altında. Heç zaman... Sevda ayaq altında qalan deyil. Mən günü gündən yüksələcəyəm. Elə sizin acığınıza".