Ələkbərdən bibisi oğlunu öldürən Rəşadla bağlı MEYXANA:
Şou-biznes
375
16:50, Bu gün

Ələkbərdən bibisi oğlunu öldürən Rəşadla bağlı MEYXANA: "Hər iki gözümdən..." - VİDEO

Meyxanaçı Ələkbər Yasamallının dediyi meyxana sosial şəbəkədə gündəm olub.
 
İfaçı meyxanada hazırda həbsdə olan və bibisi oğlunu qətlə yetirən həmkarı Rəşad Dağlıdan bəhs edib.
 
"Dustağı gördüm dayanmır göz yaşım. Rəşad gedib, itib başım. Biri bibim oğludur, biri qardaşım. Hər iki gözümdən yaş itirmişəm mən" deyə, Ə.Yasamallı meyxanada deyib.
 
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /Axşam.az
 

 

Link kopyalandı!
Son xəbərlər