“Belə möcüzə görməmişdim”
Şou-biznes
349
26 Feb 2025 | 21:39

“Belə möcüzə görməmişdim”

Əməkdar artist Nüşabə Ələsgərli "7 Tamam" verilişində qonaq olub.
 
Sənətçi proqramda qarlı havada yaşadığı çətin anlardan danışıb:
 
"Bir dəfə maşını təzə almışdım və Yasamalda bir həmkarımgilə qonaq getmişdim. Axşam çıxanda gördüm ki, qar yağıb, yer də buz. "Tri korona" tərəfə gələndə maşının əyləci tutmadı. Aşağıda da uşaqlar oynuyur. Heç bilmədim nə edim. Qarşıdakı uşaqları vuracaqdım. Maşın dayanmırdı, üzüaşağı gedirdi. Necə qışqırdımsa, ay Allah, inanın ki, maşın furlanlıb üzüyuxarı dayandı. Heç belə möcüzə görməmişdim. Məni soyuq tər apardı. Heç kimə də dəymədim".
Link kopyalandı!
Son xəbərlər