“Vəfa Şərifova çörəyimə bais oldu, məni 10 min manat ziyana saldı”-FOTO+ÖZƏL
Şou-biznes
669
12:21, Bu gün

“Vəfa Şərifova çörəyimə bais oldu, məni 10 min manat ziyana saldı”-FOTO+ÖZƏL

“2024-cü ildə bizim “Sönmüş ocaqlar” adlı mahnımız üzə çıxdı. Mahnı çıxar-çıxmaz trend oldu. Bu zaman Vəfa Şərifova mahnını götürüb icazəsiz oxudu və tiktokda paylaşdı. Yutubda paylaşmasına icazə vermədik. Tiktokda mahnı qalıb. Haqlı olaraq etirazımı bildirdim. Heç olmasa zəng edib bir üzrxahlıq edərdi. Özü bizimlə qətiyyən danışmayıb”
 


 
Bunu Moderator.az-a açıqlamasında tanınmış meyxanaçı Ağa Maştağalı deyib. O daha sonra bildirib ki, Vəfa Şərifova onun çörəyinə bais olub:
“Qarlı günlərlə bağlı mahnı yenidən trendə düşüb. Trendə düşən kimi yenidən götürüb paylaşıb. Bir sözlə mahnının arxasına keçmək istəyir. Bir-iki səhifəsindən mənə yazıblar ki, Vəfa xanım mahnını almaq istəyir. Amma buna da inanmıram. Mahnını almaq istəyən ödənişi edir, oxuyur. Mahnının sözlərini də dəyişib. Mənim üçün də əsas sözdür. Bir sözlə aldata-aldata gedir. Mən mahnını 10 min manata Moskvada yaşayan azərbaycanlı müğənniyə satmışdım. Hətta mənə min manat beh də atmışdılar. Vəfa Şərifova mahnını paylaşandan sonra zəng edib məndən behi geri istədilər. Dedilər ki, mahnını bizə satmısan, başqası oxuyur. Bir sözlə Vəfa çörəyimlə oynadı, məni pulumdan etdi. Heç nə demirəm, amma Allah görür. Ya bizim pulumuzu versin, ya da ki, mahnını oxumasın, tiktokun pulunu versin. Bir çox insanlar məni təqsirkar bilirlər ki, Vəfa səni tanıtdı. Soruşan yoxdur ki, sən Vəfa ilə tanınmaq istəyirsən? Mən əziyyət çəkib həmin sözləri 4-5 aya yazmışam. 1 günün ərzində mahnıma tiktokda 20 min video çəkilib. Mən bu mahnını yazıb yerin altında saxlamayacaqdım ki.. Tanınmaq üçün yazmışdım da. Bu bilirsiz nəyə oxşayır? Elə bil qabağınıza yemək qoyublar, o biri gəlib götürür, sən ac qalırsan. Ümid edirəm ki, Vəfa Şərifova və komandası bizimlə əlaqə saxlayacaq” deyə Ağa Maştağalı bildiri.
Link kopyalandı!
Son xəbərlər