Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi tanınmış teleaparıcı Afaq Gəncəliyə ulduz hədiyyə edilib. O bildirib ki, onun adına göydə rəsmi şəkildə ulduz alınıb, hətta sənədi də var. Bəs görəsən teledivaya ulduzu kim hədiyyə edib?
Moderator.az-a özəl açıqlama verən teleaparıcı ulduzu ona hədiyyə edən şəxsin adını deyib və həmin ulduzun sertifikatını təqdim edib:
“Bu mənə “Afaqla 10-lar” komandası adından olan hədiyyədir. Bir neçə il bundan öncə mənə hədiyyə ediblər. Onlar mənə hər zaman “ulduzum, ulduzum” deyirdilər. Düşünüblər ki, bu söz tək kəlmələrdə qalmasın, bunu əməldə də etsinlər. Düşündülər, daşındılar, mənə də göydən ulduz bağışladılar. Rəsmi olaraq, boş-boşuna ulduz demirlər. Mən də onlara təşəkkürümü bildirdim. Ulduzu necə qeydiyyatdan keçirib, aldıqlarını dəqiq deyə bilmərəm. Bildiyim qədərilə bu bir az uzun çəkən prossesdir. O ki, qaldı şou-biznesdə kimdə bu ulduzdan var ya yox, deyə bilmərəm. Mən bilən yoxdur. Bəlkə də var? Yalan demiş olaram” deyə teleaparıcı bildirib.
Qeyd edək ki, 2019-cu ildə dahi şair, mütəfəkkir Nəsiminin 650 illik yubileyi münasibəti ilə planetlərdən birinə onun adı verilib. Bundan başqa kiçik planetlərdən birinə də görkəmli azərbaycanlı alim, astronom Əyyub Quliyevin adını veriblər.