Bizi sosial şəbəkələrdən izləyin:
"Lalə qızlar" ansamblının yaradıcısı, Xalq artisti Ceyran Haşımovanın səhhətində problem yaranıb.
Bu haqda sənətkar telefon vasitəsi ilə "Tarixin bir günü" verilişinin canlı efirinə qoşularkən deyib.
Verilişdə qonaq olan Əməkdar artist Firuzə İbadovanın doğum günü münasibəti ilə təbrik edən C.Haşımova xəstə olduğunu bildirib.
Qeyd edək ki, C.Haşımova Rast qrupunun solisti, Xalq artist Rəşad Haşımovun anasıdır. (Olay.az)