Azər Baxşəliyevin qızına avtomobil hədiyyə olundu - VİDEO
Şou-biznes
2760
15 Feb 2025 | 23:25

Azər Baxşəliyevin qızına avtomobil hədiyyə olundu - VİDEO

ARB TV-nin "5 Üz" verlişinin final buraxılışı mərhum aktyor Azər Baxşəliyevə həsr olunub.
 
Verilişin aparıcısı Elşən Orucov çıxış edib.
 
"İstəyirik ki, "5 Üz"ün finalının qalibi Züleyxa balamız olsun. Təbrik edirəm, gözəl balam. Əmilərin hər zaman sənin arxandadırlar. Atana qismət olmadı, inşallah ki, əmilərinə qismət olacaq səni xoşbəxt görmək. Bu avtomobili əmilərin sənə hədiyyə edir. Həmişə gözəl günlərinə yığışaq, mənim gözəl balam. Veriliş bitən kimi avtomobili şəxsən özüm sənə təqdim edəcəyəm", - deyə E.Orucov bildirib.
 
Qeyd edək ki, Azər Baxşəliyev uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, yanvarın 5-də dünyasını dəyişib. Azər və Nigarın bu nikahdan Züleyxa adlı bir qız övladı var.
 

 

Link kopyalandı!
Son xəbərlər