Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanı “Avroviziya 2025" mahnı müsabiqəsində təmsil edəcək ifaçıların adı açıqlanıb.
Yarışmaya bu il iştirakçı kimi “Mamagama” qrupu gedəcək.
Qeyd edək ki, "Mamagama" qrupu 2021-ci ildə yaradılıb. Mamagama" 3 nəfərdən ibarətdir:
Asəf – Frontmen və əsas vokalçı,
Hass – Gitara ifaçısı,
Arif – Zərb alətləri.
Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.