Bizi sosial şəbəkələrdən izləyin:
"Fərda Xudaverdiyev dedi ki, Elməddin torbamı tikib".
Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində aktyor, prodüser Elməddin Cəfərov deyib.
Fərda Xudaverdiyev ilə münasibətlərində soyuqluq yaranan aktyor bunun səbəbləri barədə danışıb:
"Biz Müşviq Şahverdiyev ilə bir proyektdə - "Qara-qura işlər" serialında çalışırıq. Bu işdə Fərda Xudaverdiyev də var idi. Mən öz layihəmi bağlayıb onlarla çalışmaq üçün "Qara-qura işlər"ə gəldim. Fərda son anda başqa yerə getdi. Bu mənə çox pis təsir etdi, gördüyümüz iş dayandı. Hətta eşitdim ki, o, "Bura gəlməyimin səbəbkarı Elməddindir, mənim torbamı tikib" deyib. Buna çox üzüldüm".
Bir zamanlar "Tək səbir" proqramında çalışan E.Cəfərov həmin verilişdə aldığı maaşın çox az olmasından gileylənib.
"Oradan aldığım pul kirayəmə belə çatmırdı. Amma həmin iş həyatımızın dönüş nöqtəsi olub. Verilişdə layihə rəhbəri Həsənin əziyyəti böyük idi, amma qurduğu binanı özü yıxdı, bu da məni bir dost kimi çox üzdü", - o söyləyib.