“Dilbərim” ariyasını Azərbaycan xalqına KİM TANIDIB?
Şou-biznes
1818
26 Jan 2025 | 10:44

“Dilbərim” ariyasını Azərbaycan xalqına KİM TANIDIB?

Müğənni Vəfa Şərifovanın “Dilbərim” ariyasını oxuması uzun müddətdir müzakirələrə səbəb olub. İnsanların böyük əksəriyyəti sənətçinin ifanı doğru oxumadığını iddia ediblər.
 
 “Gün Ortası” verilişinə qonaq olan müğənni İntiqam Kərimov bu söz-söhbətə son qoyub.
 
O tələbəsi Vəfa Şərifovanın mahnını peşəkarlıqla oxuduğunu vurğulayıb. O Azərbaycan xalqına “Dilbərim” ariyasını düzgün formada Vəfa Şərifovanın tanıtdığını bildirib: “Heç bir opera ifaçısı “Dilbərim” ariyasını Vəfa Şərifova kimi təmiz diksiya ilə oxumayıb. Azərbaycan xalqının 99,99 faizinə bu mahnını Vəfa Şərifova tanıtdı”.
 
İntiqam Kərimovun bu sözləri aparıcı Zümrüd Bədəlovanı şoka salıb.
Link kopyalandı!
Son xəbərlər