23:46
5°C
Bakı
Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova həyat yoldaşından boşanır.
"Bu açıqlamanı verməyə özümə borc bilirəm, çünki mənim haqqımda gedir. Bəzilərinə maraqlı ola bilər, bəzilərinə maraqsız. Həyatda heç kim, heç nədən sığortalanmayıb. Allahın yazdığını qisməti -taleyi heç kim dəyişə bilməz. Mənim qız övladım var. İstəmirəm belə şeylərlə gündəmə gəlim. Çünki onun gələcəyi var. Buradan son dəfə açıqlama verirəm. Media nümayəndələrindən xüsusilə bir qız anası olaraq xahiş edirəm. Mənimlə bağlı heç nə yazmasınlar. Ramil Vəliyev mənim qızımın atasıdır. Biz iki mədəni insan kimi ayrılıq qərarı almışıq. Rəsmi ərizəmi yazmışam, amma boşanmamışıq".