Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Kərim Abbasov səmimi açıqlaması ilə diqqət çəkib.
"Xəzər axşamı" proqramında qonaq olan ifaçı qayınanası haqqında danışıb. O, həyat yoldaşının anasını öz anası kimi gördüyünü bildirib və yaxşı qayınanası olduğu üçün özünü şanslı hesab etdiyini vurğulayıb:
"Qayınanam deməyim, o mənim anamdır. Qayınanamı çox istəyirəm, çünki o qayınana deyil. 'Qayınana' və 'ana' sözləri tam fərqlidir. O, mənə qayınanalıq etməyib, həmişə ana olub. Elə bir insandır ki, qızını danlaya bilər, amma mənə qarşı heç vaxt sərt olmayıb. Mənim qayınanamdan yoxdur. Sağ əlim qayınanası yaxşı olmayanların başına!"
Qeyd edək ki, Kərim Abbasov ilk dəfə prodüser Təranə Səmədova ilə ailə qurub. Daha sonra cütlük qalmaqallı şəkildə ayrılıb. O, ikinci dəfə Təranə adlı xanımla ailə həyatı qurub və Yusif adlı bir oğulları var. Abbasov bir müsahibəsində ikinci həyat yoldaşını evləndikdən sonra sevdiyini etiraf edib.