“Mənə dələduz deyənin anasını ağladaram” – Niyam Salami
Şou-biznes
1086
17 Jan 2025 | 13:35

“Mənə dələduz deyənin anasını ağladaram” – Niyam Salami

Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəməsi barədə ittiham olunmasına münasibət bildirib.
 
O, Musavat.com-a açıqlamasında Sumqayıt şəhər sakini E.Abbəkirovun 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsi iddiasını şər-böhtan adlandırıb:
 
“Mənə dələduz deyənin anasını ağladaram. Hansı restorana 18 minlik kömür verilir? Hanı sənin qaimən? Restoran “My Beach”in içərisində yerləşirdi, mən də oranın müdiri ilə dalaşıb çıxmışam. Kömür satan milyonerdir? Məncə, kömür satan kasıb olur, min-ikimin borcun olanda gəlir ki, pulumu ver. Sən necə 18 minlik kömürü ora tökmüsən? Səysiz, gicsiz? Heç kim deyə bilməz ki, Niyamın ona borcu var. Camaat 22 min manata ev alır, həyət evi. Mənim adım var deyə tülkülük edirlər. Kömür satana borcum olsaydı, qardaşım Qafara yaxınlaşardılar, pullarını istəyərdilər. Deməli, “skladşik” ilə əlbir olublar. Mən kömür satanın rəngini bilmirəm. 22 minlik kömür borcu necə olur?
 
“My Beach”in sahibi Məhərrəm bütün işçilərə zülm verir. Prezidentin adını çəkərək qabağa gedir. Mənim üstümə şər atdılar, ordan borcla çıxdım”.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər