“Fədayə Zeynəb Xanlarovadan daha yüksəkdir”
Şou-biznes
739
12 Jan 2025 | 23:53

“Fədayə Zeynəb Xanlarovadan daha yüksəkdir”

Müğənni İlahə Fəda paylaşımı ilə diqqət çəkib.
 
O, sosial media hesabında yayımladığı videoda qalmaqallı açıqlamalar verib.
 
İ. Fəda iddia edib ki, bacısı Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovadan daha professionaldır:
 
"Mənə yazıblar ki, Flora Kərimova daha möhtəşəm sənətkardır, yoxsa Fədayə Laçın. Fədayə mənim bacımdır, özü də çox gözəl sənətkardır. Amma Flora Kərimova tamam başqa kateqoriyadır, başqa bir yerdədir o. Flora xanımla heç kimi müqayisə etmək olmaz. Məsələn, bacımla Zeynəb Xanlarovanı müqayisə edə bilərəm. Onunla müqayisə edəndə Fədayə Laçın daha yüksəkdir, daha professionaldır. Flora xanımla heç kimi müqayisə etmək olmaz". (olay)
 
Link kopyalandı!
Son xəbərlər