Bizi sosial şəbəkələrdən izləyin:
Meyxanaçı Balaəli Rzayev "Gün ortası" verilişinə qatılmaqdan imtina edib.
Bu haqda proqramın aparıcısı İlqar Mikayıloğlu bildirib. O, meyxanaçı üçün ayrılan oturacağa "Burada Balaəli ola bilərdi" sözlərinin yazıldığı kağız qoyub.
"Başa düşürəm vaxtı yoxdur. Gəlmək istəmədiyini desə də, anlayaram. Amma söz verib gəlmirsə, bu, əsl hörmətsizlikdir. İstər bizə, istərsə də tamaşaçıya qarşı. Söz vermisənsə, arxasında dayanmalısan" deyə, Mikayıloğlu əlavə edib. (Axşam.az)