Şou-biznes
323
14:25, Bu gün

"Mal-qaramı oğurlayıb, məni ölümlə hədələdi"

Müğənni Kərim Abbasovun Neftçalada tikdirdiyi fermadan oğurluq olub.
 
Sənətçi bu haqda "İncə səhər" verilişində danışıb.
 
O bildirib ki, sosial şəbəkədə ondan yardım istəyən bir şəxs üçün iş qurmaq istəyib:
 
"Bütün günü sosial şəbəkədə yazırlar ki, yardım et. Bu da həmin adamlardan biri idi. Yardım istədi, getdim pul tökdüm həyətində ferma tikdim. İribuynuzlu heyvanlar aldım. Mal-qaranı oğurlayıb satdı. Heyvanları saxlayan adam özüdə ən böyüyünü satdı, rahat da gəzir. Bir günün içində o qədər problem yaratdı ki, bu həyətdən heyvanlar çıxmalıdır. Aparıb dəyər-dəyməzinə satdım. Həyətində o qədər pul töküb yer düzəltdim, hamısı batdı getdi. Pulum qaldı havada. 4 ayın içində başıma açmadığı oyun qalmadı. Neftçala polisinə müraciət etdim. Nə heyvan, nə pulu gəlir. Hətta məni ölümlə hədələdi". (Axşam.az)
 
Link kopyalandı!
Son xəbərlər