Bizi sosial şəbəkələrdən izləyin:
"Bəzi molla qadınlar məndən inciyir ki, niyə belə deyirsən? Biz də gedib çörəkpulu qazanırıq. Amma deyəcəyəm, qadın molla qəbulolunmazdır".
Bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib.
O, qadınların mollalıq etməsini tənqid edib:
"Quranda qadının mollalıq etməsi yoxdur. Qadının yas aparması dində yoxdur. Müsəlman ölkələrində belə anlayış yoxdur. Qadın mollalıq edə bilməz. Qadın məclisində kişi Quran oxuyur, ölüyə bəsdir". /Yenisabah.az/