“Deyirlər ki, bu nə sənətkardır, sənət üçün neyləyib?”
Şou-biznes
1012
28 Dec 2024 | 12:11

“Deyirlər ki, bu nə sənətkardır, sənət üçün neyləyib?”

“Vəsiyyət nəsihətdir, nəsihət də vəsiyyət. Çünki hər ikisi övlada şamil olunur. Bu birinci dəfə deyil ki, mən hər dəfə övladlarıma vəsiyyət edirəm ki, bir-birinizlə mehriban olun, bir-birinizi itirməyin. Həmişə də deyirəm ki, var-dövlət üstündə bir-birinizlə çəkişməyin. Dünyanın malı burada qalacaq”
 
Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O daha sonra övladları arasında bütün var-dövlətini böldüyünü deyib:
 
“Gözüm görə-görə hər kəsin payını bölmüşəm. İstəmərəm ki, mən dünyada olmayanda övladlarım bir-biri ilə münasibətlərini pozsun. Elə bir vəziyyət yaratmaram ki, bir-birləri ilə düşmən olsunlar. Həyatın işini bilmək olmur, öncədən hər şeyi həll etmək lazımdır. Ata-analar var ki, deyirlər ki, ölməmişəm ki, nəyisə övladlarım arasında bölüm. Ölüm haqdır. İnsan elə bir anda dünyasını dəyişə bilər ki, yatar durmaz. Sonra bəs nə olacaq? Ona görə də hər şeyi gözün görə-görə, zamanında həll etmək lazımdır. Əgər mən övladıma nəsə verəcəyəmsə olmaz ki, onu sağlığımda verim? Hər şeyi isti-isti zamanında etmək lazımdır. Vəsiyyət o demək deyil ki, bu dəqiqə sən kəfəni götürüb qabağına ölürsən” deyə müğənni bildirib.
 
Müğənni bu günlərdə “Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda Mirələm Mirələmovun “Ömrüm” və Elton Hüseynəliyevin “Sən yoxsan” mahnısı səsləndirilsin” sözlərinə də aydınlıq gətirib:
 
“İnsanlar yazırlar ki, bunun qulağı o mahnıları eşidəcəkmi? Siz hələ bilməzsiniz ki, ölən insan onu eşidir yoxsa eşitmir? Eşitdim eşitmədim mənim tabutum o musiqi sədaları altında getməlidir. Qurtardı getdi. Bunun nə aidiyyatı var ki, mən onu eşidirəm yaxud da eşitmirəm? Bu mənim arzum, istəyimdir. İnsanların əksəriyyəti dar düşünür, bir az dərin düşünmək lazımdır. Biri axmaq kimi yazır ki, “Qoçəli” səslənər tabutunuz gedəndə! Mən də yazıram ki, “Hopstop”-u səsləndirin bəlkə atanız, ananız dirildi?! Düz də edirəm, düz də cavab verirəm. Çünki məntiqsiz, düşüncəsiz, səviyyəsiz, rəylərə düzgün fikir yürütməyən, fərziyyələrlə danışan, öz böyüyünə hörmət etməyən insanlar çoxdur. Mən onlara nə edə bilərəm? Amma zəkalı, ağıllı insanlar da çoxdur. Xalqının sənətkarına dəyər verən insanlar da var. Onlara canım qurbandır, sayğım, hörmətim sonsuzdur. Kim nə istəyir yazsın, danışsın. Hər kəs Alla dərgahında cənnətini, cəhənnəmini, mənfisini, müsbətini qazanır. Biri yazır ki, bu nə sənətkardır? Bu neyləyib görəsən? Sən nə bilirsən mən neyləmişəm? Sən mənim nə taleyimi, nə sənət həyatımı bilirsən. Mən o səviyyəsiz insanlara lazım gələndə cavab da verirəm. Özümü kənara çəkib dayanmıram, başqaları kimi demirəm ki, filankəsəm, tanınmışam, deməyim. Birini deyəndə yüzünü deyirəm” deyə müğənni bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər