Bizi sosial şəbəkələrdən izləyin:
“Yaşım 50-ni keçib. Mənim özümü kiməsə sübut etməyə ehtiyacım yoxdur. Oxumağım da, səsim də nədirsə, budur. Həyatım da, yaşayışım da bəllidir”.
Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
Sənətçi proqram vasitəsi ilə onu bəyənməyənlərə səslənib:
“Kiməsə xoş görünmək üçün heç nə edən deyiləm. Maskalanıb, dona girməyəcəyəm. Mənə nəyəmsə, buyam. Məni bəyənən bəyənsin, bəyənməyən də bəyənməsin. Gedib onların qapısını döyüb demirəm ki, qurban olum, məni bəyənin”. (olay)