Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu
1715
02 Dec 2024 | 17:47

Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu

Müğənni Kərim Abbasovun ölkədən çıxışına qadağa qoyulub.
 
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə müğənni özü qatıldığı proqramda məlumat verib.
 
O bildirib ki, bir müddət əvvəl toyda baş verən davaya görə, ölkədən çıxa bilmir və qarşı tərəf gedib xəstəxanadan saxta kağızlar alıb.
 
"Hadisə ucbatından iki xarici səfərim alınmadı. Birini hava limanında bildim ki, çıxışıma qadağa var. Digəri isə həmin hadisənin səhəri uçmalı idim, alınmadı. İstintaq gedir. İçkili insanların təhqiri və bu azmış kimi əllərinə dəmir götürüb üstümə hücum çəkmələri nə dərəcədə düzgündür bilmirəm. Polisə güvənirəm. İnanıram ki, ciddi araşdırılacaq", - deyə o əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər