Səidə illərdir küsülü olduğu Brilliant Dadaşovayla barışıb?
Şou-biznes
206
12:10, Bu gün

Səidə illərdir küsülü olduğu Brilliant Dadaşovayla barışıb?

Müğənni Səidə Dadaşova xalq artisti Brilliant Dadaşovadan söz açıb.
 
Bu haqda sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb.
 
O , məclislərin birində Səidənin xalaları Brilliant və İradə Dadaşova bacıları ilə birgə mahnı ifa etmələrini açıqlayıb.
 
Verilişin aparıcısı Mətanət Əliverdiyevanın "Nə yaxşı bir yerdəsiniz?" sualına Səidə belə cavab verib:
 
"Burada nə var ki?  Bu normal haldır. Biz bir yerdə bir səhnəni də bölüşə bilərik. Siz bizi hər yerdə görə bilərsiniz. Bu məclis Brilliant xanımın təşəbbüsü ilə keçirildi. Ona söyləyiblər ki, biz Səidə xanımı da bu məclisdə iştirak etməsini istəyirik. Mənə dedilər ki, belə bir məclis var, məndə gəldim. Dedim ki, eşq olsun səhnəmizin Brilliantına. Yaxşı ki, bizim səhnəmizin brilliant səsli ifaçımız var. Yaxşı ki, bizimsiniz, çünki Brilliant Dadaşova olduğu yerdə sənət, musiqi, məktəb və dünya var. Əlbətdə ki, onunla "maç-maç, quç-quç" oldu. Niyə də olmasın? Deyirlər ki, xala ana əvəzi, yarısıdır. Heç kim buna təəccüblənməsin, hələ səhnə də heç təəccüblənməsin. Mənim üçün şərəf və fəxrdir ki, bu cür sənətkarla səhnəmizin Brilliantı ilə bir səhnəni bölüşmək". /Milli.az/
 
Link kopyalandı!
Son xəbərlər