Xəyyam Əhmədli üçün nə qədər pul yığılıb? - Özü açıqladı
Şou-biznes
409
14:49, Bu gün

Xəyyam Əhmədli üçün nə qədər pul yığılıb? - Özü açıqladı

Meyxanaçı Xəyyam Əhmədli səhhətindəki son vəziyyətdən danışıb.
 
Moderator.az bildirir ki, o, Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
 
"Səhhətim normaldır. Evdəyəm. Əməliyyatım üçün 220 min manat lazımdır".
 
Meyxanaçı "Sənət dostlarınız sizə maddi dəstək üçün sosial media hesablarında paylaşım edirlər. Bunun nəticəsi varmı" sualına isə "Sənət dostlarım mənə dəstək olurlar. Sosial şəbəkədə paylaşımlara görə müəyyən qədər məbləğ toplanıb, təxminən 50-60 min manat",- deyə meyxanaçı cavab verib.
 
Qeyd edək ki, Xəyyam Əhmədlinin ürəyində problem yaranıb. Onun qarnına su yığılıb və ürəyini yenidən əməliyyat etmək mümkün deyil. Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır.
 
O, 2018-ci ildə ürəyindən anju olunub.
 
Link kopyalandı!
Son xəbərlər