Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı, reper Dado haqqında etiraflar edib.
Sənətçi "Zaurla Günaydın" verilişində son günlər küsülü olduqlarını deyib:
"Dadonu "qara siyahı"ya atmışam. 4 həftədir bir-birimizi qırmışıq. Özünü yaxşı aparsa, çıxararam, zəng edər. Hər şey yaxşıdır. Belə münasibəti davam etdirmək çətindir. Yaxşı ki, eyni camiyədənik. Bir-birimizi hardasa anlayırıq. Evlənəndə fikirləşirdim ki, ondan yaxşı məni anlayan olmaz. Əsasən də rep azadlıqdır. Söhbətlərimiz onun üstündə başlamışdı ki, studiyaya keç".
Natavan Dadonun oğlu Zeydlə münasibətindən danışıb:
"Bir-birlərini çox istəyirlər. Hər gün atasını soruşur, onu öyrədən də yoxdur. Onların arasına girmək yaxşı olmaz. Atasız böyümüşəm, atasızlıq nədirsə yaxşı bilirəm. Atasızlıq mənə qadının vücudunda kişi olmağı öyrətdi". (Axşam.az)